8.01.2016

.

Hər kəsin yaşadığını eşitmək heç kəsə maraqlı deyil. Göz qabağındakılar heçdə çəkici deyildir. Əlinin dəymədiyi, gözündən uzaqda olandır daha maraqlı olan. Hamının yaşamaq istədiyi şeyi eşitmək daha çox həzz verir.


.

Günlük yaşamımızın sürəti keçmişi unutmağa məcbur edir.
Xatırlamağa, keçmişdən danışmağa zaman qalmır.

15.04.2015

.



Azadlıq hər şeyi əldə edə bilmək deyil. Azadlıq heç bir şeyin əsri olmamaq, heç nədən asılı olmamaqdır.
Amma bu hər kəs üçün eynidirmi? Yox. Eyni şeyə hər kəs azadlıq deyə bilməz.
Kimisi üçün həpsdən çıxmaqdan ibarətdir azadlıq. Kimisi üçün qanunlar olmayan həyatdır azadlıq. Kimisi üçün maddiyatdır, puldur, imkanlardır, hər şeyi əldə edə bilməkdir, kimisi üçü ruhunun heç bir şeyin təsirində olmamasıdır azadlıq.
Yenədə necə olmasından aıslı olmadan azadlıq gözəldir.



14.04.2015

.


Gecə, qaranlıq, sakitlik. Niyə daha çox bu vaxtda insan hüznlənir, düşünməyə başlayır. Daha çoxda keçmişi, öz səhvlərini. Niyə dərdlərinin acısını hiss edir içdən içə. Bu gecələrdə insanı ağladan şey nədir?
Qaranlıq bəlkədə qısa hekayələrin sonudur. Bəlkədə hər şeyin sonunun məşqidir. Ölümə hazırlıq. Ölüm bəlkədə qapqara bir başlanğıcdır. Yaşatdıqlarının, keçmişinin bədəli deyilmidir ölüm?!
Qaranlığın içində olanda xəyallar qurmağa başlayırsan. Əgər bu qaranlıq səni qorxtmursa. Qorxmağında da səbəb keçmişində yaşananlardır. Xəyalların keçmişdə etdiklərin nəticəsində formalaşmırmı?! Bu günə kimi etdiklərinin təsirində xəyallarının ssenarisi formalaşmırmı?! Gözünü bağlayıb, qara rəngli dünyanda yaşadıqların, bu günə kimi yaşananlardan yola çıxmırmı?!
Qaranlıq dünyanda etdiklərinin acısını və xoşbəxtliyini dadırsan.

21.03.2015

.


İnsan özünün yaratmadığı bir şeylə necə xoşbəxt ola bilər ki?!


10.03.2015

.


Bu həyatın qurbanı olmuşuq. Bir şeydən bəhs edilir və bizlərdə ondan danışmağa başlayırıq.
İçimdəki uşaq dedilər və onun dalınca düşməyə başladıq. Başqa şeylər yaradıldıqca onları axtaracıyıq. Həyatın, ətrafımızın bizim gözümüzə soxduqları ilə yaşayırıq.
Bir restoranda menyudan yemək seçirmiş kimi, həyatımızıda gözümüzə soxulanlardan seçirik. Mətbəxdə hər məhsuldan varsa niyə biz özümüzə məxsus sifariş vermiyək. Və ya qolumuzu çırmalayıb mətbəxə niyə özümüz girməyək.
Qorxuruq yoxsa özümüzə əziyyət verməkdən qaçırıq?!


17.11.2014

.


Həyatla mübarizə aparmaq olar ki?!
Biz həyatın (yaşadığımız şey hər nədirsə) məkanında (“evində”) qonağıq. Elədə qonaqpərvər olduğunu söyləyə bilmərəm. Yaşadığımız bu həyat öz istədiyi kimi bizdən istifadə edir. O istəmədikcə biz bu oyunu tərk edə bilmərik. Onun məkanından çıxa bilmərik. Çıxılacaq bir qapıda yoxdu. Çıxmaq istəyəndə yoxdu. Hər kəsin gözündə bu məkan gözəldi, nə qədər cətinlik, əzab, çirkab, çırkabdan betər adamlar olsada bu məkan hamıya xoş gəlir. Buranı tərk etməklə bağlı hərkəsin qorxusu var.
Edə biləcəklərimizində bu məkan içində bir sərhədləri var.  Amma heç bir zaman sərhəd görmürük. Hər şey hüdudsuz görsənir. Yaşadığımız hər an bu məkanda (həyatda) yeni yerlər, yeni şeylər tapırıq, rast gəlirik. İrəlini görmədən addımlayırıq. Amma bir sonrakı addım necə olacaq görsənmir.

Bir boşluq, fəza fərz edin. Dörd tərəfiniz boşluq olan bir məkan fərz edin. Gözünüzün qabağına gətirməyə çalışın bu boşluğu. Biz bu boşluqda irəliləyirik. Atdığımız bir sonraki addımımızda ayağımızın altında nə olacaq bilmirik. Ayağımız bir şeyə toxunduqdan sonra nə olduğunu bilirik. Geriyə baxdıqda hansı yolu gəldiyimiz görə bilirik. Amma irəli naməlumdu. Hansı addımda ayağımızın altı boş olacaq. Boşluğa nə zaman düşəcəyik bilmirik.