20.12.2013

DİNAR


   Metrodan çıxdım, artıq vərdişə cevrilmiş siqaret almağımı həmişəki kimi təkrarladım, köşkə yaxınlaşdım, pulu siqaretlərin yanına qoyub bir siqaret götürdüm, oradada yandırıb uzaqlaşdım. Hava çox soyuqdu, metroya girənde belə soyuq deyildi, yarım saata külək bu qədərmi şiddətləndi? Siqaret hər nəfəsdə içimi isidir amma arxadan əsən soyuq külek sürətini hər qaldırdığında paltarım bu soyuğa tab gətirə bilmir, bütün bədənimi titrədir.
   Təxminən 10 dəqiqə piyada gedəcəyimi qabaqcadan təxmin eləmişdim. Həmişəki kimi insanların içi ilə deyil binaların arası, ara küçlərlə getməyi üstün tutdum. Cünki burda rahat hərəkət edə bilirəm, heç kim qabağıma çıxıb süretimi azaltmağıma mane olmurdu. Belkede bu sebeb özümədə inandırdığım bir bəhanə idi, əsas səbəb bəlkədə insanlardan uzaq olmaq istəyidi. Amma yenədə mən bu bəhanəyə inandırmışdım özümü.
   Artıq çatmağıma az qalmışdı, siqareti çoxdan tullamışdım. Əllərim cibimdə küləyə müqavimət göstərə göstərə yoluma davam eliyirdim. İçəri girməyə tələsirdim, isinmek istiyirdim. Pilləkənləri çıxıb qapını sol əlimlə itələdim və içəri daxil oldum. İçəri girər girməz havanın soyuq olduğunu unutdum, içəridəki isti əlimi ayağımı tərpətməyimə kömək oldu.
   Ətrafa boylandım, hara yaxınlaşmalı olduğumu axtarırdım.
aaaha.. Leyli ?! sagimda giriwde oturan, odur deyəsən, çox bənzəyir, bəlkədə o deyil amma içimdə o olacağına dair bir əminlik hissi var. Yaxınlaşıb o olub olmadığını soruçmalıyam. Amma o deyilsə, çünki onu görmə imkanım olmamışdı heç vaxt, sadəcə onun şəkillərini görmüşdüm. Bir dəfədə olsun onunla üzbəüz söhbət etməmişdik, yalnız virtual sohbetlerimiz olurdu. O bu söhbətlərlə hörmət qazanmağı, yaxşı dəyərlərə sahib olduğunu göstərməyi bacarmışdı.
   İndi isə bir necə addım məsafəmdədi bəlkədə. Odursa bu şansı qaçırtmamalıyam, gedib danışmalıyam, onunla üzbəüz danışma fürsətindən özümü məhrum etməməliyəm. Amma bəlkədə o deyil? O olmasa belə nə itirəcəmki, amma o olsa bu şansı itirəcəm. O olmasa üzr istiyib geri qayidacam.
   Yavaş addımlarla ona tərəf ilərlədim. Sual verməyə özümü hazırlamaq üçün özümə vaxt qazanmaq ist
əyirdim, amma çox gözdəməkdə olmazdı, mən ona yaxınlaşmadan gedə bilərdi. Və çatdım, tam qarşısındayam, qısa, sakit bir öksürük və ağzımı açdım...
- salam
- salam
1...2...3...4... saniye sakitçilik.. özümə əmin olmadığım bir səs tonunda, sifətimi azacıq qırışdıraraq...
- Leyli ?!
Rahat şəkildə, hec təəcüblənmədən, sanki bu suali verəcəyimi bilirdi ve ozunu hazirlamiwdi.
- xeyir.. Leyli deyilem! Dedi və sanki məndən küsübmüş kimi üzünü çevirdi.
- bağışlıyın, səhv saldım, sizi birinə oxşatdım, üzr istiyirəm.
  Arxamı çevirdim və uzaqlaşmağa çalışdım, amma bu boyda məkanda nə qədər uzaqlaşa bilərdim, hansi küncdə olsamda məni görəcək. Bir küncdə 4 bəlkədə 5 adamin olduğu sıranın sonuna keçdim.
   "Görəsən indi mənim haqqımda ne düşünür?! Ümid eliyirəm biyabir olmamışam. Ərafdakılardan fikir ver-ən, görən oldumu gorəsən?! İşimi tez görüb çıxmalıyam burdan.
   Ətrafa boylanmağa başladım amma ona tərəf baxmaq istəmirdim. " görəsən bura baxmır?! göz göze gəlməkdən çəkinirdim". Ətrafa baxa baxa ona tərəf çönməyə başladım. Fikri başqa yerdə idi, bu tərəfə baxmırdı, məni unutmuş kimi görsənirdi. Mən tərəfə baxmaması yaxşı idi amma bir tərəfdəndə unudulmaq hissi insanı pis hiss elətdirir.
   Mən tərəfə baxmamağından istifadə edib gözümü üzərindən çəkmirdim. Üzünə, gözəlliyinə baxırdım, üz cizgilərini incəliyirdim. Baxdıqca Leyli olmadığını anlayırdım. Amma hərcəndki Leylinin üzünü heç belə in-cələməyə imkan olmamışdı amma o olmadığını anla-yacaq qədər şəkillərindən üz cizgilərinə bələd idim.
   Giriş qapısından 2-3 metr məsafədə pəncərənin yanında 3 nəfərlik stulun olduğu yerdə tək oturmuş-du. İşi çox olan hansısa tanışını gözlüyürdü yəqinki.
   Sıra gəlib mənə çatdı nəhayətki. Pulu ödəyib çeki adlım və gedərkən son bir dəfə ona baxdım. O da mənə baxırdı, göz gözə gəldik, amma ona baxmırmış kimi gözlərimi qapiya tərəf yönəldib çıxdım.
   Yadımdan çıxmırdı, yol boyu kaş başqa söz deyər-dim, söhbət etəməyə bəhanə tapardım deyə xeyallar qurmağa başladım. Xəyalımda onunla dialoqlar qur-urdum, mənə maraqlı olan hər şeydən söhbət edir-dik. Amma bunlar xeyaldı, real olan keçmişdə qaldi artıq. Xəyallardan ayıldım ki, artıq gəlib metroya çat-mışdım. Xəyali dialoqlarla yol maraqlı keçmişdi, vaxt necə gəlib keçdi bilmədim.
   Platformada dayanıb metro gözdüyürdüm və ətraf-da olan reklam lövhələrini oxuyurdum. Sağıma cön-düm… 5 metr aralıda dayanıb mənə baxırdı. Baxdığı-mı görüb gülümsündü. Özümdən asılı olmadan məni də gülmək tutdu. Özü yaxınlaşdı mənə.

 - bir də salam
 - salam.  Hələ də ətrafa gülücüklər saçırdım.
 
- mən Dinar.
 -
məndə Tural.  Adın çox gözəldir. Bu seçimi kim ed-ibsə çox əla seçimdir.
 - amma təəsüfki adımla lağ edənlər daha çoxdu. Bu-nunla barışmış, bir az təbəssümlə dedi.
 - bunu edənlər yəqinki yaşadıqlarını unudublar. Başqa insanların da eyni həyatda yaşadığını bilmirlər. Həyatdan istifadənin hami üçün eyni oldu-ğundan xəbərsizdirlər. Yalnız bədəndən ibarət olmadıqlarını, ruhlarının da var olduğunu bilmirlər. Heyati bilənlər bədənin bədən olduğunu tamamlayanın “ruh” oldu-ğunu bilirlər. Çünki gözəl olan şeylər insanın ruhuna toxunur, gözəlliyi bilib inkar etmək çox çətindir. Adın-ın gözəl olması ve ya bəzilərinin düşündüyü kimi lağ ediləcək olmaması sənin seçimin ve ya istəyinlə olan bir şey deyil. Buna görə səni iddiham etmək, günah-landırmaq, səni üzəcək şeylər etmək heç düzgün de-yil. Səni iddiham edəcəkləri şey, öz daxili gözəlliyini və ondan heçde geri qalmayan xarici gözəlliyini adı-na yansıta bilməndi. Bu ad sənin olduğu üçün məncə daha gözel səslənir.
   Bir anda sakitçilik yarandı. Amma mən bunu hiss eləmirdim, çünki içimdə özümlə dialoqa girmişdim. “tanımadığım birinə mən necə belə cümlələr qura bildim. Mən ki, heç kimlə belə danışmazdım. Bəlkədə məni həyacanlandıran Dinarın gözəlliyidi. Çox gözəl-di… Üz cizgilərini sanki bir rəssam çəkib; yumru qara gözlər, səliqəli gözlərinin gözəlliyini tamamlayan qaşlar. Fərqli bir gözəllik.. İnsani özünə çəkən bir qüvvə var sanki simasında.
  
 Qatar yaxınlaşdı, bu mənim qatarım deyildi, mən hələ gözləyəcəydim.
 - bu qatarla gedirsən?
 - yox, bundan sonrakını gözlüyürəm. Sən gedirsən?
 - hə, getməliyəm.
 - bəs necə əlaqə.. səninlə necə əlaqə saxlıyım?
 - sağ ol, görüşərik. Deyib qatara mindi.
 - sağ ol.  Özümdən başqa heç kimin eşitməyəcəyi sakit səslə.


PDF yüklə   https://docs.google.com/file/d/0Bx_FA_WLxppUSVR6X0NPOU4yUW8/edit

Hiç yorum yok :

Yorum Gönder

Forum