22.01.2014

.

Əksəriyyət heçnə fikirləşmədən hər gün eyni şeyi yaşayır. Ölərkən qayıdıb geriyə baxanda yekə şriftlərlə yazılacağ heç nə olmur bir çoxunun həyatında. Bəlkə də heç kimə lazım deyil bu amma biz bunu düşünürdük. Sağlığımda arxamca yaxşı danışılmasını istiyirəm, öldükdən sonra onsuzda yaxşı idi deyecəklər. İnsanlar ətrafındaki yaxşını qiymətləndirməyi bacarmırlar. Ətrafımızda hər zaman pis şeylər daha çox diqqətimizi çəkir. Yaxşı şeyləri çox tez unuduruq, çox şeyin varlığını itirdikdən sonra görürük. Insanlara da itirdikdən sonra yaxşı deyə bilirik. Öləndən sonra yaxşı hərəkətlərinin fərqini görürük. İtirdikdə fikirləşməyə başlıyırıq. Yanımızda olduqda, bizim olduqda gələcəyi fikirləşmədən çox şeyi özümüzünküləşdirərək yaşayırıq. Bir gün itirə biləcəyimizi düşünə bilmirik. Bir çox insanları özümüzünküləşdirə bilmədiyimiz üçün maddi şeylər gözümüzdə bu qədər böyüyür. Maddi şeylərin istifadəsin əlimizdə saxlamaq daha rahatdır. Insan övladı hər zaman rahatlığı axtarır. Amma rahatlıq necə olmalıdır!? Bu bizə elədə çox vacib deyil deyə düşünürük. Vicdanımız, ruhumuz rahat olmalıdır yoxsa hərəkətlərimiz rahat olmalıdır deyə fikirləşmədən maddiyatın gətirdiyi hərəkətlərimizin rahatlığını bixəbər seçirik.


Hiç yorum yok :

Yorum Gönder

Forum